ÇAXIRLININ AĞ ŞANI, QARA ŞANISI...
21 sentyabr 2019 | 16:00
Çaxırlı ərazi nümayəndəliyindən Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə burada üzümyığımı başa çatmışdır.
Fermerlərdən Rauf Bağırov, Şaməli Məstanov, Əli Nəbiyev öhdəsindəki bağlara aqrotexniki qaydada qayğı göstərdiklərindən bol məhsul yetişdirməyə nail olmuşlar. Cari mövsümdə 7,5 hektardan çox bağdan 78 ton texniki üzüm növü yığılıb Göyçaydakı emal zavoduna göndərilmişdir. Fermerlər bazarlara 2 ton süfrə üzümü də çıxarmağa nail olmuşlar.
Hazırda bağlarda qış becərməsinə hazırlıq işləri davam edir.