MOLOLON KƏNDİNDƏ SƏYYAR GÖRÜŞ
15 fevral 2014-cü il tarixdə Mahmudavar ərazisinin Mololon kəndində Masallı rayon İcra hakimiyyəti başçısı vətəndaşarla səyyari qəbulu keçirmişdir.
Mahmudavar ərazisi Mahmudavar, Rüdəkənar və Mololon yaşayış məntəqələrini əhatə edir. Ərazinin 6791 nəfər əhalisi və 1570 ha torpaq sahəsi vardır.
Həmçinin ərazidə 2 tam orta məktəb, 2 ümumi orta məktəb, 1 uşaq bağçası, 1 həkim ambulatoriyası, 1 feldşer mama məntəqəsi, 1 həkim məntəqəsi, 1 kitabxana, 1 mədəniyyət evi, 1 EATS və 1 kənd poçtu fəaliyyət göstərir.
Mahmudavar ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Kənd ağsaqqallarından Firdovsi Gülalıyev, kənd ziyalılarından İmran Rəsulov, Əvəz Rzayev, Sabir Məmmədov, kənd sakinlərindən Nuranə Əkbərova, Faiq Rəsulov və başqaları çıxış edərək Mahmudavarda müasir tələblərə cavab verən yeni tikilmiş həkim məntəqəsi istifadəyə verilməsinə, Mahmudavarda kənd təsərrüfatını inkişafı üçün arteziyan quyusu qazılmasına, Mahmudavarda 220 nəfərlik tam orta məktəbin tikintinə başlanılmasına, kommunal məsələlərlə bağlı Mahmudavar kəndində məişət tullantılarının yığılmasının təşkilinə, Mahmudavar kəndində məhəlləarası körpünün təmir olunmasına, rənglənməsinə və işıq çəkilməsinə, Mahmudavar uşaq bağçasında köhnə elektrik xətlərinin dəyişdirilməsinə, aşağı və yuxarı mərtəbələrə yeni plastik su turbaları ilə su çəkilməsinə, yeni yardımçı bina düzəldilməsinə, ərazidə yaşıllaşdırma işləri aparılaraq 350 ədəd ağac təngi əkilməsinə, ərazi üzrə 15 ədəd elektrik dirəyi, təqribən 450 metr elektrik naqili və 500 metr rabitə kabelləri yenisi ilə əvəz olunmasına, Mahmudavar cümə məscidinin yerləşdiyi küçəyə işıqlandırılma sisteminin quraşdırılmasına və kəndin mərkəzində istirahət parkının tikilməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra sakinlər Mololon məktəbinin əsaslı təmir olunmasına, Mololon yolunun asfalt olunmasına, ərazidə köhnəlmiş elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsinə, ərazidə köhnəlmiş telefon dirəklərinin dəyişdirilməsinə, ərazinin kəndarası yollarının təmir edilməsinə, ərazidə suaparıcı kanalların təmizlənməsinə, Mololona gedən elektrik xəttinə ayırıcının qoyulmasına, ərazi nümayəndəliyinin inzibati binasının dam örtüyünün dəyişdirilməsinə, Mahmudavar tam orta məktəblərinin əsaslı təmir olunmasına, Mahmudavar uşaq bağçasının əsaslı təmir olunmasına, Mahmudavar mədəniyyət evinin tikintisinə, Rüdəkənar kəndinə qaz xəttinin çəkilişinə, Rüdəkənar kənd tam orta məktəbinin sinif otaqlarının döşəmələrinin təmir olunmasına, məktəbə idmana aid inventarların verilməsinə, Rüdəkənar kəndində olan 60 kv-lıq transformatorun daha güclüsü ilə əvəz olunmasına və ərazidə yaşıllaşdırma işlərinin aparılmasına köməklik göstərilməsini xahiş etmişlər.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.