Mahmudavarda taxıl əkilir
26 sentyabr 2019 | 16:00
Mahmudavar ərazisində taxıl əkininə başlanmışdır. Kənd bələdiyyəsinin sədri Əfqan Babayevin Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verdiyi məlumata görə qısa müddətdə 25 hektar sahə hazırlanmış, buraya arpa səpilmişdir. İndi ərazidə buğda əkininə hazırlıq görülür.
Məhsuldarlığı artıran amillər nəzərə alınmışdır.