İstedadlara dəstək
29 sentyabr 2019-cu il tarixdə Masallı şəhər 4 nömrəli Digah kənd tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant layihəsi"ndə qalib olmuş "İstedadlara dəstək" layihəsi çərçivəsində seçim turu keçirilib.
Seçim turunda Masallı rayonunun ümumtəhsil məktəblərinin 6,7 və 8-ci siniflərindən olan 600-ə yaxın məktəblinin riyaziyyat, fizika və məntiqdən biliyi sınaqdan keçirilib.
Layihə rəhbəri Masallı rayonundakı Bədəlan kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini, ali təhsilli filoloq Məhbubə Şahbazova layihə haqqında şagirdlərə məlumat verərək qeyd etmişdir ki,layihənin əsas məqsədi ilk növbədə istedadlı şagirdləri aşkara çıxarmaq, dəstəkləmək və inkişafını təmin etmək,onların potensial imkanlarını müəyyən etmək, riyaziyyat və fizika fənlərindən gələcək olimpiadaçılar yetişdirməkdir.
"İstedadlara dəstək" layihəsi istiqamətində görüləcək tədbirlər, əlavə məşğələlər, dərslər istedadlıların, gələcək olimpiadaçıların uğur qazanmasına motivasiya olacaqdır.