Şriftin ölçüsü :

Saytın rəngi :

Dabağa qarşı profilaktiki zoobaytar tədbirləri həyata keçirilir

30 sentyabr 2019 | 16:00

Rayonda heyvandarlığın inkişafı ilə əlaqədar bir sıra zoobaytar tədbirləri həyata keçirilir. Hazırda rayonun ərazilərində dabağa qarşı profilaktiki tədbirlər görülür.

Masallı rayon Baytarlıq İdarəsinin baş epizootoloq həkimi Dədəmir Təhməzovun Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına  verdiyi məlumata görə bu il rayonda mövcud olan 73 min baş qara malda dabağa qarşı vaksinasiya peyvəndləri aparılacaq. Sentyabr ayından başlanan bu tədbir nəticəsində 30 min başa yaxın heyvan peyvənd olunub.
Rayonun Xırmandalı, Təzə Alvadı, Boradigah ərazilərində dabağa qarşı mübarizə planlı surətlə davam edir.
Oktyabr ayının ikinci yarısında cavan qara mallar arasında revbaksinasiya tədbiri həyata keçiriləcək. Bu zoobaytar tədbirin əsasən qarayaraya qarşı 10 min başa yaxın cavan qaramalda həyata keçirilməsi üçün hazırlıq işləri görülür.

Keçidlər