Şriftin ölçüsü :

Saytın rəngi :

Anatoli Banişevski adına stadionu təmir olunur

18 fevral 2014 | 16:00

Masallı rayonunda yerləşən Anatoli Banişevski adına stadionu alan “Palmali” Şirkətlər qrupu orada təmir-tikinti işlərinə başlayıb.

Təxminən 2 il əvvəl stadionu alan, ərazini hasarlayan şirkət tikinti işlərinə başlamırdı. Bu da müəyyən söz-söhbətlərin yaranmasına rəvac verirdi.

Rayon sakinlərinin verdikləri məlumata görə, 2 gündür ki, söküntü işləri başlanılıb. İşlər çox sürətlə gedir. Artıq panellər sökülüb və stadionun ərazisi genişlənib.

Məlumata görə, Banişevski adına stadionda bir əsas, bir yardımçı meydança quraşdırılacaq. Əsas meydança təbii, yardımçı meydança isə süni örtüklü olacaq.

Keçidlər