Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Ağsaqqallar klubunda "Müəllimlər günü"

04 oktyabr 2019 | 16:00

04 oktyabr 2019-cu il tarixdə Masallı şəhər Ağsaqqallar klubunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir təşkil olunub.

Rayon Ağsaqqallar şurası və Müharibə, Əmək, Silahlı Qüvvələr veteranları təşkilatı rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ağsaqqal və ziyalılar, müəllim və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev olduqca şərəfli bir günün qeyd olunduğunu deyib və bu müqəddəs peşəni layiqincə daşıyan bütün müəllimləri təbrik edib. O, cəmiyyətdə hər bir fərdin inkişafında fədakar müəllim əməyinin əvəzsiz rolu olduğu xüsusi vurğulayıb.

Ə.Niftiyev müəllimlərin hazırki sosial müdafiəsinin təşkilinə toxunub və bu istiqamətdə ölkə başçısının rəhbərliyi ilə görülən işlərdən danışıb.

MƏSQ veteranları təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Bürhanov, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, veteran müəllimlər Həmdulla Məmmədov, Solmaz Rəsulova, Mais Əliyev, rayon Mərkəzi kitabxanasının işçisi Pərixanım Zamanova, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin müəllimi Əflatun Qurbanov və başqaları çıxışlarında ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin formalaşmasında verdiyi töhfələr, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Natiqlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə ölkənin təhsil həyatında baş verən yeniliklər, həyata keçirilən uğurlu islahatlar haqqında danışıblar.

Bir neçə veteran müəllim tədbirin təşkilat komitəsinin Fəxri fərmanı ilə təltif olunub.

Tədbiri yekunlaşdıran Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev təhsil işçilərinə uğurlar arzulayıb.

Keçidlər