Bioloji Təbabət Klinikasında ödənişsiz müayinə
Azərbaycanın cənub turistik bölgəsində Masallıda kurort-sanatoriya müalicəvi istirahət xidmətini təqdim edən, Bioloji Təbabət klinikası 2018 –ci lin dekabr ayından fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi müddətdən cənub bölgəsinin, eləcə də ölkəmizin müxtəlif bölgələrindən olan insanların osteoxondroz, artroz, skolioz, trofiki xoralar, revmatoloji xəstəliklərin, ürəyin işemik xəstəliklərinin müalicəsində biotənzimləyici üsullarla uğurlu nəticələr əldə olunmuşdur. 1-5 oktyabr tarixlərində klinikamızda çox hörmətli müəllimlərimiz üçün kardioloq Günay Novruzova tərəfindən ürək xəstəliklərinin müayinəsi, revmatoloq Elbrus Nağıyev tərəfindən yaşlı insanlarda tez-tez rast gəlinən oynaq xəstəlikləri, artrozlar, osteoxondroz, fəqərəarası disk yırtıqlarının müayinəsi, terapevt osteopat Elfanə Süleymanova tərəfindən məktəblilərdə qamət pozulmaları: kifoz, skolioz, əyripəncəlilik kimi xəstəliklərin müayinəsi və aşkara çıxarılması, fizioterapevt Tural Əliyev tərəfindən qamət pozulmalarının, əzələ zəifliyinin, doğum travmaları, bud çanaq oynağı displaziyalarının fəsadlarının qarşısını almaq üçün fizioterapevtik və reabilitasion texnikalar tövsiyyə olundu. Bu aksiyadan çox hörmətli əməkdar müəllimlərimiz, şagirdlər, valideynlər və eləcə də yaşlı insanlar öz xəstəliklərini aşkar etdilər və həkimlərin müalicələrindən yararlandılar. Ümumilikdə 200 ə yaxın vətəndaş aksiyada iştirak etmişdir. Bioloji Təbabət klinikası Masallı filialında istifadə olunan Naftalan vannaları ilə terapiya, Naxçıvan duz dağı terapiyası və alman biotənzimləyici terapiyasının birgə vəhdəti müalicənin ziyansız və uzunmüddətli olmasını təmin edir.