Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı-tarixin qanlı səhifəsi” mövzusunda tədbir

21 fevral 2014 | 16:00

20 fevral 2014-cü il tarixdəYAP Masallı rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə “Xocalı-tarixin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Naibə Aslanova açaraq qeyd edib ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olub. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biridir.

Qadınlar Şurasının üzvü Aybəniz Qafarova bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum ediblər. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu isə əsl soyqırımıdır.

Qadınlar Şurasın üzvü Münəvvər Əzimova isə bildirib ki, Xocalı faciəsi təkcə xocalılıların yox, bütün Azərbaycan xalqının dərdi, kədəridir. Ona görə də, bu tarix bütün ölkəmizdə bir matəm günü kimi qeyd edilir.

 Sonra Göyçək Ələsgərova, Kinəxanım Əliyeva, Nailə Əsədullayeva və başqaları Xocalı şəhərində törədilmiş qanlı faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən qanlı hadisə olduğunu və ermənilərin tarix qarşısında cavab verəcəklərinə əminliklərini bildiriblər.

Keçidlər