Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər nazirinin birinci müavini Masallıda

15 oktyabr 2019 | 16:00

15 oktyabr 2019-cu il tarixdə Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Masallı şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbula gələn vətəndaşların müraciətləri, əsasən, vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi nəzarəti tədbirlərinin nəticələri, uçot, vergi orqanlarında işlə təminat və digər məsələlərlə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər