Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatında "QARABAĞ AZƏRBAYCANDIR!" adlı tədbir

16 oktyabr 2019 | 16:00

16 oktyabr 2019-cu il tarixdə YAP Masallı rayon təşkilatı aparatında “Qarabağ Azərbaycandır!” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda və MDB-nin Dövlət Başçıları Şurasının məhdud tərkibli Aşqabad zirvə toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı söylədiyi cəsarətli, Azərbaycan xalqının hər bir nümayəndəsinin hüquqlarını müdafiə edən fikirlərini bir daha tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Seyfəddin Əliyev qeyd edib ki, Prezident İlham Əliyev Soçidə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni baxışı ortaya qoydu: “Münaqişənin davam etdiyi bütün illərdə Qarabağın Azərbaycanın əzəli torpağı olması fikri dəfələrlə bəyan edilib. Dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda, “Qarabağ Azərbaycandır” fikri yeni yanaşmadan xəbər verir. Dövlətimizin başçısı cənab İlham Əliyev Qarabağ məsələsində yeni yanaşma ortaya qoymaqla və davamı olaraq nida işarəsi deməklə Azərbaycan xalqının, dövlətinin, Prezidentinin qətiyyətini ifadə edib. Bir yandan “Qarabağ Azərbaycandır!”, “Qarabağsız Azərbaycan yoxdur”, “Qarabağ Azərbaycan üçün olum, ya ölüm məsələsidir”, digər bir yandan isə bu məsələdə bütün Azərbaycan xalqının geriyə bir addım da olsun belə atmaq fikri olmadığı bəyan edilir. Bu da nida işarəsi ilə ifadə olunur”.
Rayon təşkilatının sədri nitqinə davam edərək bildirib ki, Azərbaycan xalqı Prezidentimizin mövqeyini birmənalı olaraq dəstəkləyir: “Qarabağ Azərbaycandır!” bəyanatı adi bir şüar deyil, Azərbaycan xalqının Qarabağla olan bağlılığını özündə ehtiva edən anlayışdır. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu torpağı bizdən almaq mümkün deyil”.
Tədbirdə iştirak edən Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, Masallı Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları şurasının sədri Məmmədağa Şiriyev və başqaları çıxışlarında Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasəti nəticəsində Azərbaycanın diplomatik cəbhədə işğalçı Ermənistanı dalana dirədiyini vurğulayıblar. Qeyd olunub ki, dövlətimizin başçısının siyasəti torpaqlarımızın işğaldan azad olunacağı günü daha da yaxınlaşdırır.

Keçidlər