Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Qarabağ Azərbaycandır!” şüarı adı altında gənclərin ümumrayon yürüşü və marafonu

16 oktyabr 2019 | 16:00

Masallıda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibəti ilə əlaqədar olaraq “Qarabağ Azərbaycandır !” şüarı adı altında gənclərin ümumrayon yürüşü və marafon qaçışı üzrə Rayon birincilyi keçirilmişdir

16 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü , Masallı rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Masallı şəhəri Azərbaycan küçəsi boyunca Qəhrəmanlar parkına doğru “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibətilə və oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən VALDAY diskussiya klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək qətiyyətli cavab verməsinə həmrəylik məqsədi ilə gənclərin ümumrayon yürüşü və gənclər arasında 18 oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibəti ilə “Qarabağ Azərbaycandır !” şüarı adı altında marafon qaçışı üzrə Rayon birincilyi keçirilmişdir.
Yürüşdə Rayon Təhsil şöbəsinin kollektivi və Masallı Dövlət Regional Kollecinin kollektivi ilə yanaşı 4000 nəfərdən artıq gənc iştirak etmişdir.
Yürüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabına öz dəstəklərini ifadə etmək üçün 1 saat müddətində Masallı şəhəri Azərbaycan küçəsi boyunca Qəhrəmanlar parkına doğru əllərində Azərbaycan Respublikasının Dövlət Bayraqları ilə yürüş edərək “Qarabağ Azərbaycandır!” şüarını səsləndirmişlər.
Yürüşün önündə gənclər uzunluğu 8 m, eni 4 m olan müqəddəs üçrəngli bayrağımızı öz çiyinlərində şərəflə daşımışlar.Bununla da Masallı rayon gəncləri bir daha sübut etdilər ki, daima cənab Prezident İlham Əliyiven ətrafında sıx birləşərək onun apardığı daxili və xarici məqsədyönümlü siyasətini bəyənir və dəstəkləyir.
Yürüşdən sonra gənclər arasında 18 oktyabr - Dövlət Müstəqilliyi Günü” münasibəti ilə əlaqədar olaraq “Qarabağ Azərbaycandır !” şüarı adı altında 2000 m məsafəya marafon qaçışı üzrə Rayon birincilyi keçirildi.
120 nəfər yaxın gəncin mübarizə apardığı Rayon birinciliyində gənclərdən Abuşov Əmrah Mübariz oğlu birinci yerə, Mirzəyev Sadiq Oktay oğlu ikinci yerə, Məmmədzadə Ceyhun Seyran oğlu üçüncü yerə layiq görülmüşdür.
Birinci,ikincü və üçüncü yerləri tutan gənclər Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok ,medal və diplomlarla mükafatlandırıldılar.
Fərqləndiyinə görə isə nBayramov Məhəbbət Mərdan oğlu, Kərimov Xəzər Elsəvər oğlu, Kosayev Mahir Nemət oğluxüsusi diplomlarla təltif olundular.

Keçidlər