Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda FHN-nin Cənub Regional Mərkəzinin tədbiri

21 oktyabr 2019 | 16:00

21 oktyabr 2019-cu il tarixdə FHN-nin Cənub Regional Mərkəzi Masallı Rayon İcra Hakimiyyəti ilə birlikdə rayon ərazisində fəaliyyət göstərən yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, həmçinin mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların mülki müdafiə vəziyyətinin kompleks yoxlanılması ilə əlaqədar tədbir keçirib.

Masallı Rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunan tədbirdə rayon ərazisində fəaliyyət göstərən yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının, idarə, müəssisə və təşkilatların, hüquq və mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açmış, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəis müavini, polkovnik Seymur Qaraşov, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki Müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, kapitan Renad Nuriyev və başqalarının çıxışları dinlənilmişdir.           

Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırmışdır.

Keçidlər