Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Gənclər Birliyi Xocalıdan olan məcburi köçkün ailələri ilə görüşmüşlər

20 fevral 2014 | 16:00

Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar 19 fevral 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin bir qrup üzvləri Masallı rayonunun Ərkivan qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı şəhərindən olan məcburi köçkün Quliyev Yusif Məhəmməd oğlunun ailəsinə baş çəkmişlər.

Görüşdə xalqımızın başına gətirilmiş bu dəhşətli hadisədən və 22 yaşlı soyqırımın dünya ictimaiyyətinə tanıdılmasında dövlətin apardığı siyasətdən söz açılmışdır.

Xocalı şəhərindən olan məcburi köçkün Yusif Quliyev Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məcburi köçkün həyatı yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri olan bütün tədbirlərin görüldüyünü,hazırda cənab Prezident İlham Əliyev tərəfindən də bu tədbirlərin uğurla həyata keçirildiyini bildirərək, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diplomatik səyi nəticəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Xocalı şəhəri də yaxın vaxtlarda işğaldan azad olunacağını qeyd etdi.

Sonda Xocalı şəhərindən olan məcburi köçkün Quliyev Yusif Məhəmməd oğlunun ailəsinə maddi yardım göstərilmişdir.

Keçidlər