“Azərsu” ASC-nin sədr müavini Masallıda vətəndaşları qəbul edib
22 oktyabr 2019-cu il tarixdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədov Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Qəbula gələn vətəndaşların müraciət və şikayətləri əsasən içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.