Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri və erkən nikahlar
23 oktyabr 2019 | 16:00
23 oktyabr 2019-cu il tarixdə Masallı rayonunun Sığdaş kənd tam orta məktəbində “Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri” və “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Məktəbin direktoru Şahmar Əmirov çıxış edərək narkomaniyanın, narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemlərdən, onların insanların sağlamlığı və genefondumuz üçün doğurduğu fəsadlardan bəhs edib.
Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Erkən nikahların yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin qısa müddətdə dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb.