Masallıda teatr rəssamlığına həsr olunan mühazirə
25 oktyabr 2019-cu il tarixdə Masallı şəhər Asan Xidmət Mərkəzinin Heydər Əliyev İncəsənət Məktəbində Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Teatr rəssamlığı” mövzusunda mühazirə keçirilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov bir sıra məqamlara toxunub.
Mühazirədə Azərbaycan teatr sənətinin yaranması, teatr rəssamlığının teatr sənətində əhəmiyyəti və inkişaf mərhələləri barədə məlumat verilib.
Tədbir ilk azərbaycanlı qadın teatr rəssamı Bədurə Əfqanlının doğum gününə təsadüf etdiyindən, onun yaradıcılığı və teatr-dekorasiya sahəsində fəaliyyətinə xüsusi yer ayrılıb.