Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞA ÇATIB

27 oktyabr 2019 | 16:00

  25-27 oktyabr 2019-cu il tarixdə Masallı rayonunun “Qala” İstirahət Mərkəzində, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, “Tərəqqi” gəncliyin inkişafı  ictimai  birliyi tərəfindən icra olunan “Gənclərin məşğulluq imkanlarının artırlmasına dəstək” layihəsi çərçivəsində düşərgəyə yekun vurulub.

Bu barədə məlumat verən layihə rəhbəri Raci Səfərov bildirib ki, layihənin məqsədi region gənclərinin işə qəbulu zamanı tələb olunan bacarıqlarının təkmilləşdirilməsi, gənclərin bu istiqamətdə proqram və müsahibələrdə iştirakının artırılmasına dəstək olmaqdır. Layihənin müddəti üç ay olmaqla 01 sentyabr - 01 dekabr 2019-cu il tarixləri əhatə edir.

Layihə çərçivəsində müraciət etmiş gənclər arasından seçilmiş Bakı, Mingəçevir, Şəki, Qazax, Biləsuvar, Lənkəran, Cəlilabad, Cəbrayıl, Xocavənd, Zərdab, Lerik və Ağdam rayonlarının gənclərindən ibarət 25 nəfər iştirakçı arasında üçgünlük olmaqla düşərgə təşkil edilib.

Düşərgədə ikigünlük təlimlərdə iştirakçılara təqdimat bacarıqları, bacarıqların təhlili, işə müraciət qaydaları, ünsiyyət qurmaq bacarığı, zamanın idarə edilməsi, komanda işinin qurulması, CV yazılışı qaydaları, müsahibə zamanı diqqət ediləsi məqamlar, özəl və dövlət qulluğunun fərqi mövzularında təlimlər keçirilib. Təlimləri beynəlxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə edib.

Layihədə nəzərdə tutulmuş facebook sosial şəbəkəsində “Gənclərin məşğulluğuna dəstək” adlı qrup yaradılıb.

Düşərgənin sonuncu günü iştirakçılar Masallı rayonunda yerləşən “Asan Xidmət” Mərkəzinə, İstisu müalicə-sanatoriyasına və Masallı Sənaye Məhəlləsinə ekskursiya edib, müxtəlif peşə sahələri ilə tanış olublar.

Düşərgədə qonaq qismində Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov iştirak edib.

Keçidlər