Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon İcra hakimiyyətinin başçısı Xocalı rayonundan olan məcburi köçkünlərlə görüşmüşdür

23 fevral 2014 | 16:00

22 fevral 2014-cü il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatında rayon İcra hakimiyyəti başçısı Rafil Hüseynovun Xocalı rayonunun işğalının 22-ci ildönümü ərəfəsində  Xocalı rayonundan olan məcburi köçkünlərlə görüşü keçirilmişdir. 

            Görüşü rayon İcra hakimiyyəti başçısı Rafil Hüseynov açaraq bəşər tarixində Xocalı soyqırımına bənzər hadisənin olmadığını, İllər keçməsinə baxmayaraq o dəhşətli hadisələrin insanların yaddaşından silinməyəcəyini         qeyd etmişdir. Natiq vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı hadisələri öz hüquqi statusunu aldı və mənfur qonşularımızın Azərbaycan xalqına qarşı etdikləri vəhşilikləri dünya miqyasına çatdırmağa nail olduğunu vurğulayaraq ulu öndərin siyasi davamçısı İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağını qeyd etmişdir.

            Xocalı rayonundan olan məcburi köçkün Yusif Quliyev ölkədə məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan bəhs etmişdir. Y.Quliyev çıxış edərək ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulamış, ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri daha da artırdığını söyləmişdir.

Tədbirin sonunda məcburi köçkün ailələrinə maddi yardım olunmuşdur.

Keçidlər