Məhsuldarlıq artıb
Rayonun tərəvəz sahələrində məhsul yığımı əsasən başa çatmışdır. Yağışlardan sonra pomidor, badımcan, bibər, sahələrinin bol məhsulu yığılıb bazarlara çıxarıldı, xarici ölkələrə göndərildi. Nəticə göstərir ki, zəhmət bəhrəsini əkinçidən əsirgəmir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına göndərilən müəllif məktubunda yazılır ki, rayonun ərazilərində bu il 444 hektarda pomidor, 271 hektarda xiyar, 83,9 hektarda bibər yetişdirilmişdir. Hər üç tərəvəz sahəsi vaxtında suvarılıb becərildiyindən nəticələr uğurludur. Alıcılara mövsüm ərzində 139.416 sentner pomidor, 80.457 sentner xiyar, 21.000 sentner bibər satılıb.
Əmək adamlarının səyi nəticəsində pomidorun hər hektarından 314,9 sentner, xiyarın hektarından 296,9 sentner, bibərin hektarından məhsuldarlıq 250,3 sentner olmuşdur.
Tərəvəz ustaları növbəti ildə məhsuldarlığı daha da artırmaq üçün payızın əvvəlindən aqrotexniki tədbirlərin həyata keçirilməsinə çalışırlar.