Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Xocalı Soyqırımı qurbanları anıldı

26 fevral 2014 | 16:00

25 Fevral 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. 
         Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov  Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandıraraq, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasının və bu istiqamətdə gənclərimizin fəallıq göstərmələrinin çox vacib olduğunu vurğuladı. Natiq qeyd etdi ki, tədbirin keçirilməsində əsas məqsəd Xocalı faciəsi və Qarabağ həqiqətlərini ictimaiyyətə çatdırmaq və bu işdə gənclərin rolunu müzakirə etməkdir. 
        Sonra tədbirdə  Masallı rayon Təhsil şöbəsinin Metodkabinetin müdiri  şıxış edərək bildirdi ki, Xocalı faciəsindən sonra dünyaya gəlmiş gənc nəsil soyqırımla bağlı daha az düşünür. Halbuki faciə ilə bağlı məlumatlar nəsildən-nəslə ötürülməlidir. Bu istiqamətdə tarixçilərimizin əsasəndə tarix müəllimlərinin   üzərinə böyük məsuliyyət düşür. Xocalıdakı tarixi abidələrin yalnız Azərbaycan tarixi üçün deyil dünya tarixi üçün önəmli olduğunu vurğuladı: “Xocalını dağıtmaqla ermənilər oradakı çox dəyərli eksponatları, tarixi və arxeoloji materialları məhv etdilər.

          Tədbirdə Masallı rayon Əmirtürbə kənd ümumi orta məktəbinin tarix müəllimi Hafiz Mədətov çıxış edərək bildirdi ki, 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir

          Dada sonra tədbirdə Rayon Gənclərindən Oktay Mütəllimov, Lətafət Zeynalova və başqaları çıxış dərək bildirdilər ki,  Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli və  Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməli olduğunu bildirdilər.

         Tədbirin sonunda iştraksılara praşuralar paylanılaraq Xocalı həqiqətlərini özlərində əks etdirən vidioçarxlar təqdim olundu.

Keçidlər