Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Bayrağına canım qurban Azərbaycan!” mövzusunda tamaşa

07 noyabr 2019 | 16:00

07 noyabr 2019-cu il tarixdə N.Gəncəvi adına şəhər Mədəniyyət Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin , Masallı Dövlət Regional Kollecinin və YAP Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə 9 noyabr “Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayrağına canım qurban Azərbaycan!” tamaşa kompozisiya keçirilmişdir.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal manafov çıxış edərək bildirib ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünü ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonar tədbirdə Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov çıxış edərək Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib.

Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Azərbaycan tarixində mühüm rol oynayan bu gün haqqında müəyyən məlumatlar vermişdir. O, çıxışında bayraq sözünün etimologiyası, Ulu Öndərimiz Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasəti, Azərbaycan bayrağının bu günkü günümüzə qədər keçdiyi tarixi yolu haqqında qısa məlumat vermişdir.

Tədbirdə Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev və başqaları çıxış edərək Dövlət bayrağı günü münasibəti ilə tədbir iştrakşılarını təbrik etmişlər.

Tədbirin rəsmi hissəsi sona çatdıqdan sonar tələbələrin iştrakı ilə “Bayrağına canım qurban Azərbaycan!” tamaşa kompozisiya nümayiş etdirilmişdir.

Sonda bir qrup gənlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və bayraqlarla təltif olunmuşdur.

Keçidlər