Masallıda “Məntiq- 2012” İntellektual bilik yarışması keçirilmişdir
08 oktyabr 2012-ci il tarixdə Masallı rayon Gənclər Mərkəzində “Məntiq -2012”-intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından irəli gələn
vəzifələr və ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, iştirakçılara uğurlar arzulamışdır. Gərgin keçən bilik yarışmasında Şəhər 3 saylı tam orta məktəbi I yerə, Tüklə kənd tam orta məktəbi II yerə, I saylı Təzə Alvadı tam orta məktəbi isə III yerə layiq görülmüşdür. Fəallığına görə isə Həsənli kənd tam orta məktəbi diplomla təltif edilmişdir. Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Rayon Gənclər və İdman idarəsi tərəfindən kubok, diplom, medallar və qiymətli hədiyyələrlə təltif olunmuşlar.