XOCALI SOYQIRIMININ 22-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ÜMÜMRAYON TƏDBİRİ
Masallı rayon İcra hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərin yekunu olaraq 26 fevral 2014-cü il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda soyqırım qurbanlarının anım mərasimi olmuşdur.
Tədbirdə iştirak edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər, Xocalıdan olan məcburi köçkünlər və rayon sakinləri 26 fevral soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə önünə təzə tər gül dəstələri düzmüş, soyqırım qurbanlarının ruhuna dualar oxumuşlar.