Masallıda Dövlət Bayrağı və Konstitusiya günləri qeyd olunub
08 noyabr 2019-cu il tarixdə Masallı şəhərindəki Bayraq Meydanında 9 Noyabr - Dövlət Bayrağı Günü və 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti aparatının kollektivi, YAP rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və minlərlə rayon sakini iştirak etmişdir.
Bayram tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov rayon sakinlərini qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik edib.
Rayon rəhbəri bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız ilk dəfə 1990-cı ildə Naxçıvanda dalğalanıb , 1991-ci ildə isə Azərbaycan Respublikası Ali Soveti tərəfindən dövlətin əsas atributu kimi qəbul edilib. R.Hüseynov Ulu Öndərin təməlini qoyduğu dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hər il noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
R İH başçısı çıxışında, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsindən, Azərbaycan SSR Konstitusiyasından, Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasından danışıb. Qeyd olunub ki, 1996-cı il fevralın 6-da ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, hər il noyabrın 12-nin Konstitusiya Günü kimi qeyd edilməsi ölkəmizin Əsas Qanununa hörmət və ehtiramın nümunəsidir.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov məruzəsində qeyd edib ki, h ər bir dövlətin bayrağı həmin ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu gün Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanın üçrəngli bayrağının dünyanın ən aparıcı tribunalarında, ən ali tədbirlərində dalğalanmasını təmin edib.
YAP Masallı Rayon Təşkilatı Qadınlar Şurasının üzvü Lətifə Qənbərzadə, SHXÇDX rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi Ülvi Hüseynli və başqaları çıxışlarında qeyd ediblər ki, dövlət rəmzlərinin yaradılması, formalaşması və geniş ictimaiyyət tərəfindən mənimsənilməsi ümummilli lider Heydər Əliyevin gərgin əməyi və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub. Həmçinin bildirilib ki, ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyevi məqsədyönlü siyasəti nəticəsində milli bayrağımız tezliklə işğal altında olan doğma yurdumuzda, Qarabağda dalğalanacaq.
Bayram tədbirində Masallı Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynovun, Məlahət Əzizlinin, Şamo İbayevin, “Masallı” rəqs qrupunun, Masallı Dövlət Regional Kollecinin tələbələrinin və “Viləş” uşaq bağçasının fidadlarının çıxışları maraqla qarşılanıb.