Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi, Ucar, Bərdə və Ağdam məktəbliləri Masallıda

20 noyabr 2019 | 16:00

20 noyabr 2019-cu il tarixdə “Ölkəmizi tanıyaq!” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Ağcabədi, Ucar, B ərdə və Ağdam məktəbliləri Masalıya gəliblər.

Tur-aksiyanın iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində məktəblilərin qarşılanması mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiya iştirakçılarını rayon rəhbəri Rafil Hüseynovun adından salamlayaraq maarifləndirici layihənin əhəmiyyətindən danışıb.
Tur-aksiyanın iştirakçıları ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Məktəblilər Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər. Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Sonra qonaqlar çay süfrəsinə dəvət olunublar.
Məktəblilər Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinə də səfər ediblər.
Tur-aksiya iştirakçıları "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin "Breyn-rinq" yarışını izləyiblər.
Masallı şəhərindəki Sənaye Məhəlləsi ilə tanışlıq və gəzinti məktəblilərdə böyük maraq oyadıb.
Bərdə rayonunun Saatlı kənd tam orta məktəbinin XI sinif şagirdi Türkanə Mehdizadə, Ağcabədi şəhər 8 saylı tam orta məktəbinin IX sinif şagirdi Şamil Adilov və başqaları bildiriblər ki, bu layihənin həyata keçirilməsi məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bizə bu imkanı yaradan ölkə rəhbərinə minnətdarlığımızı bildiririk.

Keçidlər