Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Abitruriyentlərin inteqrativ və situativ test tapşırıqlarını həlletmə bacarıqlarının artırılması” layihəsinə yekun vurulub

18 noyabr 2019 | 16:00

18 noyabr 2019-cu il tarixdə Masallı rayonunun müxtəlif məktəblərindən olan müəllimlərin iştirakı ilə Masallı şəhər 3 saylı tam orta məktəbində yekun-hesabat   tədbiri keçirilmişdir.

Tədbir iştirakçılarına məlumat verən layihə rəhbəri Cavad Cəfərov bildirmişdir ki,  tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə ücüncü qrant müsabiqəsinin qalib layihələrindən olan “Abitruriyentlərin inteqrativ və situativ test tapşırıqlarını həlletmə bacarıqlarının artırılması” layihəsinin yekun tədbiridir və  təhsil ictimaiyyətinə hesabat  üçün  nəzərdə tutulmuşdur.

Qeyd edilmişdir ki, təlimlərdə ali və otra-ixtisas məktəblərinə imtahan verəcək məktəblilər təmsil olunmuşdur. Layihədə Masallı rayonu üzrə 10 ümumitəhsil məktəbi olmaqla ümumilikdə 200 nəfər IX-XI sinif şagirdlərinin iştirakı nəzərdə tutulsa da ümumilikdə 222 məktəbli iştirak etmişdir. İştirakçıların hər birinə kitabçalar paylanılmış, təlimlərin sonunda sertifikatlar təqdim edilmişdir.

Layihə çərçivəsində təlimlər Masallı şəhəri, Ərkivan qəsəbəsi, Hişkədərə, Banbaşı, Yeddioymaq, Dəmirçi, Qəriblər, Kəlbəhüseynli, Təzə-Alvadı və Xıl kənd məktəblərində keçirilmişdir.

Qeyd edək ki, layihənin məqsədi qiymətləndirmə tapşırıqları haqqında şagirdləri geniş şəkildə məlumatlandırmaqdır.

Təlimləri təcrübəli təlimçi Nəsimi Bədəlov  idarə etmişdir.

Təlim zamanı məktəblilərə situativ və inteqrativ tipli test tapşırılarının həll edilməsi mövzusunda məlumat verilmişdir.

Keçidlər