Şriftin ölçüsü :

Saytın rəngi :

GÜLLÜTƏPƏ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ

06 mart 2014 | 16:00

asallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 05 mart 2014-cü il tarixdə Güllütəpə ərazisinin Əmirtürbə kəndində keçirilmişdir. Güllütəpə ərazisi Güllütəpə, Əmirtürbə, Tatyanoba,  Yeni Zuvand, Köhnə Zuvand və Yolağac yaşayış məntəqələrini əhatə edir. Ərazinin 6665 nəfər əhalisi və 1523 ha  torpaq sahəsi vardır.

            Həmçinin ərazidə 3 tam orta məktəb, 3 ümumi orta məktəb, 2 tibb 1 həkim məntəqəsi, 3 kənd klubu, 1 EATS və 1 kənd poçtu fəaliyyət göstərir.

            Güllütəpə ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.

            Kənd ağsaqqallarından Eynulla Abbasquliyev, Səydulla İsayev kənd ziyalılarından Aşur İsayev, Hafiz Mədətov kənd sakinlərindən Vaqif Fətullayev, Cankişi Həbiyev və başqaları  çıxış edərək  Güllütəpə və Yeni Zuvand kəndləri arasındakı 2 km uzunluğunda yolun əsaslı təmir olunmasına, Güllütəpə ərazisində həkim məntəqəsinin tikintisinə, ərazidə kənd ara yolların təmir edilməsinə, ərazidə yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, Yolağac kəndində tibb məntəqəsinin tikintisinə və ərazidə su aparıcı kanalların təmizlənməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

            Sonra sakinlər Tatyanoba və Yolağac kəndləri arsındakı 3 km uzunluğunda yolun əsaslı təmirinə, Güllütəpə və Yeni Zuvand kəndləri arasındakı 2 km uzunluğunda yolun asfalt örtüyünün döşənməsinə, Əmirtürbə kənd ümumi orta məktəbində 2 əlavə sinif otağının tikilməsinə və Tatyaboba kəndində kənd ara yollarının təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər.

            Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər