Şriftin ölçüsü :

Saytın rəngi :

Dəlləkli kəndinə mavi qaz verildi

06 mart 2014 | 16:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri o cümlədən əhalinin sosial problemlərin həlli istiqamətində işlər görülür.

             Belə ki, 05 mart 2014-cü il tarixdə Qarğalıq ərazisinin Dəlləkli kəndində 28 abonentə təbii qaz verilmişdir.

             Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Dəlləkli kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə-təbii qaz verilməsi və qarşıdan gələn novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.

            Çıxışda qeyd olunmuşdur ki, ölkəmizdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qaz xətti deyil, su, kanalizasiya və digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir.

Kənd ağsaqqalı Rəbbi Kərimov, ziyalı Tofiq Eminov, kənd sakini Xumar Əsgərova və başqaları çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

             Sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov təbii qaz verilməsini nümayiş edən mavi alovu alışdırmışdır.

Keçidlər