Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gender əsaslı zorakılığa qarşı kampaniya

25 noyabr 2019 | 16:00

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 günlük fəallıq kampaniyasına Masallıda da start verilir.

Gender əsaslı zorakılıqla mübarizə sahəsində maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyi nəzərə alınaraq, builki kampaniya çərçivəsində, həmçinin gənclərin fəal iştirakı ilə silsilə təlimlərin təşkili də planlaşdırılır. Masallıda keçiriləcək təlimlər burada yaşayan gənclərdə qadınlara və qızlara qarşı zorakılıq mövzusuna həssas yanaşmanın formalaşdırılmasına xidmət edəcək.
Kampaniya çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Vəkillər Kollegiyası arasında üçtərəfli anlaşma memorandumunun imzalanması gözlənilir. Sənəd zorakılığa məruz qalmış qadın və qızların müvafiq dəstək və qayğı xidmətlərinə çıxışının səmərəliliyinin artırılması üçün tərəflərin daha fəal əməkdaşlığına şərait yaradacaq.
Sosial şəbəkə istifadəçiləri üçün gender əsaslı zorakılıq mövzusunda interaktiv sual-cavab müsabiqəsinin təşkili də nəzərdə tutulur. Həmçinin sosial şəbəkə iştirakçıları BMT-nin Azərbaycan nümayəndəliyinin “Facebook” səhifəsində yerləşdiriləcək suallara ən tez və doğru cavab verməklə simvolik hədiyyələr qazanacaqlar.

Keçidlər