Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart – Bədən Tərbiyəsi və İdman Günü” qeyd olundu

06 mart 2014 | 16:00

05 mart 2014-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Heydər əliyev mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və xatirəsinə dərin ehtiramlarını bildirmişlər.

Tədbiri şiriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirmişdir ki, , Ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının fiziki sağlamlığına çalışan Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, həmişə respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, Respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Sonra 2013-cü il ərzində idmançılıarımızın uğurlarından danışaraq bir daha idmançılarımıza gələcək yarışlarda uğurlar arzulamışdır.

Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Ceyhun Bəşirov çıxış edərək vurğulamışdır ki, Azərbaycanda idman siyasətinin düzgün aparıldığını bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il idmanın müxtəlif növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi idarəetmə şöbəsinin böyük məsləhətçisi və veteran idmançı Əlimərdan Əmənov çıxış edərək  qeyd etmişdir ki, Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamışdır. Məhz onların istəyi ilə son illərdə ölkəmizdə mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. Sonra isə özünün keçimiş idman xatirələrindən danışaraq bir daha idmançıları bu gün münasibətilə təbrik etmişdir.

Tədbirdə Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Famil Fərmanlı, veteran idmançı Böyükağa Ağayev və başqaları çıxış edərək idmançıları təbrik etmişlər.

Tədbirin sonunda bir qurp idmançılara və veteran məşqçilərə Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər