Masallıda çağırışçı gənclərlə dəyirmi masa
Masallıda çağırışçı gənclərlə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
04 dekabr 2019-cu il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və SHXÇDX-nın Masallı rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1 bəndinin 5.1.11 yarımbəndinin icrasını təmin etmək məqsədi ilə çağırışçı gənclərlə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilmişdir
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı ,cənab İlham Əliyev ordu quruculuğu işini sürətlə davam etdirir. Çağrışçılar bu gün, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ,onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin sürətlə inkişaf etdirdiyi və gücləndirdiyi Azərbaycan ordusuna həqiqi hərbi xidmətə yola düşürlər. İdarə rəisi Camal Manafov çağrışçı gənclərə hərbi xidmətə olduqları müddətdə komandirlərin əmr və göstərişlərinə sözsüz əməl etməklə, hərbi texnikanın sirlərinə dərindən yiyələnməyə, daima vətənə ,millətə xidmət etməyi Azərbaycanın üçrəngli bayrağını uca tutmağı tövsiyə etdi.
Tədbirdə Masallı rayon Vetiranlar şurasının sədri Məmmədağa Şiriyev ,Qarabağ əlilləri, vetiranları və şəhidləri ictimai birliyinin sədri Nahid Rəhimov, “Tərəqqi Gəncliyin İnkişafı” ictimai birliyinin sədri Racı Səfərov və başqaları çıxış edərək çağırışçı gənclərə uğurlar arzulayıb, Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi, düşmən taptağı altında olan torpaqlarımızı azad etmək üçün hərbi sirlərə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
Tədbirdə gənc çağırışçı Musaküçə kənd sakini Əmrah Rzayev və başqaları çıxış edərək Vətənə xidmət edəcəklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirdilər.
Sonda tədbirdə İştrak edən gənc çağırışçılara Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən qiymətli hədiyyələr və Azərbaycanın üçrəngli bayrağı hədiyyə edildi