Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda könüllülərlə növbəti görüş keçirilib

04 dekabr 2019 | 16:00

04 dekabr 2019-cu il tarixdə  Masallı rayon İcra hakimiyyətində rayonun gənc könüllüləri ilə görüş keçirilib.

           Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində könüllülük fəaliyyətinin respublikamızdakı inkişafından danışıb. O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kölüllülük fəaliyyətinin əhatəsinin genişləndirilməsi haqda tapşırığı gənclərə böyük stimul olduğunu bildirib. Belə ki, bütün dövlət strukturlarında könüllü gənclər fəaliyyət göstərirlər. O, dövlətin həyata keçirdiyi gənclər siyasətindən, ölkə başçısının gənclərə gösdərdiyi diqqət və qayğıdan danışıb. Başçı hökümətin gənclərin inkişafı, özlərini təsdiq etməsi və dövlət strukturlarında çalışması üçün hər bir şəraiti yaratdığını qeyd edib. İcra başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu, Masallıda da uğurla davam edir. Masallıda 28 gənc müxtəlif işlərdə özünü sınamışdır. Könüllülərin fəaliyyətinə xüsusi önəm verdiyini qeyd edən Ş.Məmmədov son dövrlər dövlət qulluğunda çalışanların əksəriyyətinin məhz gənclər olduğunu bildirmişdir. Könüllülərdən 3 nəfərinin icra hakimiyyətində böyük təcrübə və səriştə qazandığına əminliyini ifadə edən başçı bu təcrübələrin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandığını bildirib.
Könüllülərdən Fuad Mənsimov, Elşən Əkbərli, Ruqayə Hüseynovaya Masallı rayon icra hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətini başa çatdırıqları üçün “KÖNÜLLÜ” Şəhadətnamələri verilib. Zamin Məmmədov və Əli Əsədzadə çıxış edib, ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.
Tədbiri yekunlaşdıran Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov gənclərə həyatda və gələcək işlərində uğurlar arzulayıb.

 

Keçidlər