Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda genişmiqyaslı ağacəkmə kampaniyası

06 dekabr 2019 | 16:00

06 dekabr 2019-cu il tarixdə Masallı rayon Təklə inzibati ərazisində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın Dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kütləvi ağacəkmə kampaniyası keçirilmişdir. Kompaniya çərçivəsinə ümumilikdə 5000 ədəd ağac əkilmişdir.

Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatının məsul işçiləri, YAP rayon təşkilatının rəhbərliyi və fəalları, idarə və təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Havanın yağışlı olmasına baxmayaraq Masallı sakinləri aksiyaya yüksək əhval-ruhiyyə ilə qoşulmuşdu.
İlk tingi torpağa basdıran Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ağacəkmə kampaniyasına xeyir-dua verərək dedi: “Masallı sakinləri adından böyük şairimiz İmadəddin Nəsiminin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması, ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah təşəbbüsü irəli sürdüyü üçün Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya, o cümlədən ağacəkmə aksiyasına qoşulan insanlara təşəkkürümü bildirirəm. ”
Məlumat üçün bildirək ki, əkilən ağaclar Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin tinglik sahəsində yetişdirilib. Ağacəkmə kampaniyasında Dövlət Meşə Fondunun 5 hektar ərazisində 5 min müxtəlif növ ağaclar, o cümlədən eldar şamı, sərv, göyrüş, ağcaqayın s. ağaclar əkilib.
Bayram əhval-ruhiyyəli humanitar aksiya Masallı Rayon Mədəniyyət Mərkəzinin instrumental ansamblı və “Halay” folklor rəqs qrupunun maraqlı konsert proqramı ilə çıxış etdilər.
Aksiyada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edib.

 

Keçidlər