Regionların sosial-iqtisadi inkişafı və Masallıda yeni iş yerləri
Azərbaycanda regionlarının sosial-iqtisadı inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi rayon iqtisadiyyatının qeyri- neft sektorunda dayanıqlı inkişafın təmin edilməsinə, iqtisadiyyatın diversifikasiyası nəticəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlanmasına, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına rayon Statistika İdarəsindən aldığımız məlumatda qeyd olunur ki, 2003-2019-cu ilin 9 ayında 45,602 yeni iş yerləri açılmışdır.
Rayon üzrə 2019-cu ilin 9 ayında açılmış yeni işyerlərinin sayı aşağıdakı kimidir: 2019-cu ilin yanvar-sentyabr aylarında rayonda 2774 yeni iş yeri yaradılmışdır. Yeni yaradılmış müəssisələr üzrə 80 yeni iş yeri, mövcud müəssisələr üzrə 77, fiziki şəxslər üzrə 1304 iş yerləriaçılmışdır. Bundan başqa, digər tədbirlər üzrə isə 1313 iş yerləri yaranmışdır. Yeni iş yerlərinin 1453-ü daimidir.