Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri anıldı
12 dekabr 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anım mərasimi keçirilmişdir.
Xalqımız dahi rəhbərin, ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini həmişə əziz tutur. Müstəqil Azərbaycanın bugünkü inkişafı, xalqın rifahının yüksəlməsi, dövlətçiliyimizin möhkəmlənməsi ulu öndərin uzaqgörən siyasətinin bəhrələrindəndir.
Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşması tarixi Azərbaycan xalqı tərəfindən həmişə böyük ehtiram və hüznlə yad edilir. Ölkəmizin hər yerində olduğu kimi Masallıda da Ulu öndərin vəfatının 16-cı ildönümü ilə əlaqədar ümumrayon anım günü dərin hüznlə keçirildi. Ulu öndərin adını daşıyan parkda böyük izdiham var. Rayonun şəhər, qəsəbə və kəndlərindən gələnlərin yolu bu parkda birləşir.
Səhər saatlarından başlayan mərasimə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, aparatın rəsmiləri, YAP rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, məktəblilər, ziyalılar, dindarlar, Qarabağ Müharibəsi veteranları, ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə tər qərənfillər dətələri qoyaraq Ulu öndərin xatirəsini ehtiramla yad etdilər. Mərasim iştirakçıları Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrləri ölkəmizin inkişaf etdiyini, dünyada tanındığını xatırladılar. Xüsusilə ötən əsrin 90-cı illərindən ölkədə iqtisadi geriləmə, xaos yarananda bu böyük problemlərin öhdəsindən məhz Heydər Əliyevin gəldiyini, Azərbaycanı dərin uçurumlardan xilas etdiyini, Ölkədə iqtisadi islahatlar, təhsilin, səhiyyənin, sənayenin inkişafı üçün həyata keçirdiyi tədbirlərin, bugünkü qüdrətli Azərbaycanın şöhrətlənməsinə təkan verdiyini xatırladılar.. Odur ki, ulu öndər Heydər Əliyevin adı həmişə yaşayacaq, əziz xatirəsi heç vaxt unudulmayacaq. Ulu öndərin anım mərasimi günün sonuna kimi davam edəcəkdir. Masallılar hər il böyük insanın xatirəsini böyük məhəbbət və ehtiramla yad edirlər.
Rayonun ayrı-ayrı ərazilərində də ümummilli lider Heydər Əliyevin xatirəsi anılır. Masallı şəhər Digah məscidində Ulu öndər Heydər Əliyevin anım gün ilə əlaqədar ehsan süfrəsi açılmışdır.