Masallıda Cüdo idman növü üzrə rayon birinciliyi keçirilmişdir
07 mart 2014 | 16:00
05-06 Mart 2014-cü il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər 2 saylı tam orta məktəbdə “5 Mart-Bədən tərbiyəsi və idman günü” nə həsr olunmuş Yeniyetmə və gənclər arasında Cüdo idman növü üzrə Rayon birinciliyi keçirilmişdir.
55 idmançının iştrakı ilə 10 çəki dərəcəsində idmançılar öz güclərini sınamışlar. Rayon birinciliyində qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır