Şriftin ölçüsü :

Saytın rəngi :

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində dəyirmi masa

20 dekabr 2019 | 16:00

Rayon Məşgulluq Mərkəzində “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşgulluq siyasətinin gücləndirilməsi, əhalinin səmərəli məşgullugunun təmin edilməsi” mövzusunda və “Məşgulluq “ alt sisteminə dair dəyirmi masa keçirilib.

Tədbirdə idarə, müssisə  və təşkilat nümayəndələri, rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbirdə əsas məqsəd Dövlət məşgulluq siyasətinin həyata keçirilməsində işəgötürənlərlə  məşgulluq arasında sosial tərəfdaşlıgın mütəmadi olaraq icrasının təmin edilməsi və işə götürənlərlə   “Məşgulluq “ alt sistemindən istifadə prosedurları yeni vakansiyaların alt sistemində yerləşdirilməsi qaydaları ilə baglı ətraflı məlumatların verilməsi olub.

Masallı Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Həmid Süleymanov işə götürənlərin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Masallı rayon Məşğulluq Mərkəzinin direktoru Ramin Nüsrətov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq Alt Sistemi” barədə işə götürənlərə ətraflı məlumat verib. “Məşğulluq Alt Sistemi” işə götürənlərin işçi qüvvəsinə tələbatın çevik şəkildə ödənilməsinə imkan yaradıldığını bildirib.

Tədbir qarşılıqlı müzakirələrlə başa çatıb.

Keçidlər