Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda İdman Festivalı keçirildi

19 dekabr 2019 | 16:00

19 dekabr 2019-cu il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Boradigah idman zalında 31dekabr “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibəti ilə “Gəlin həmrəy olaq” devzi altında “İdman” festivalı keçirilmişdir

Tədbirin açılış mərasimində çıxış edən Masallı rayon gənclər və İdarəsinin rəisi Camal Manafov bildirdi ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynamışdır. Sonra Ümummilli Lider Heydər Əliyevin həmrəylik idealarından danışaraq qeyd etdi ki, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirildiyini, bu sahənin dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini, müstəqil Azərbaycanın idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasını vurğuladı. Bu gün isə Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda də sosial-iqtisadi, mədəni həyatında davamlı inkişafa nail olunduğunu bildirərək , idmançların hər birinə uğurlar arzulamışdır.

Sonra 31dekabr “Dünya azərbaycanlılarının həmrəyliyi günü”nə həsr edilmiş idman növləri üzrə festivalda taekvando, cüdo, yunan-roma güləşi, sərbəst güləş, futbol,voleybol, kikboksinq, boks və karate idman növləri üzrə 250-ə yaxın idmançı iştirak etmişdir.

Keçidlər