Abadlıq işləri davam edir
21 dekabr 2019 | 16:00
Mahmudavar ərazisində abadlıq işləri davam edir.
Hazırda küçələr təmir olunur. Kənd tam orta məktəbinə, Şağanoba məhəlləsinə gedən 1,3 kilometrlik yola və Rüdəkənar kəndinin mərkəzi küçəsinə yoluna 18 maşın qırma daş tökülmüşdür. Dəlləkoba məhəlləsinin yolunun da təmiri nəzərdə tutulmuşdur.
Mahmudavar bələdiyyəsi sədrinin Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verdiyi məlumata görə ərazidə işıqlandırma sistemi genişləndirilir, sıradan çıxan dirəklər, lampalar yenisi ilə əvəz edilir. Ərazidə suaparıcı kanalların təmiri və dərinləşdirilməsi işinə başlanılıb.