Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “gənclərin dövlət rəmzlərinə hörmət hissinin və vətənpərvərlik ruhunun gücləndirilməsi” mövzusunda tədbir keçirilmişdir

07 mart 2014 | 16:00

06 mart 2014-cü il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində “gənclərin dövlət rəmzlərinə hörmət hissinin  və vətənpərvərlik ruhunun gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

52 nəfər gəncin iştrak etbiyi tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qeyd etmişdir ki, bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə məsuliyyətlə yanaşmaq reallığı ortaya çıxır. Gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa digər peşə sahibi. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır.

Sonra tədbirdə çıxış edən gənclərdən Elvin Mirzəyev , Günay Mehrəliyeva və başqaları bildirmişlər ki, dilindən, dinindən , irqindən aslı olmayaraq hər bir gənc vətənpərvər olmalı öz milli- mənəvi dəyərlərinə sahib çıxmalı və öz yurdunu, böyüyüb boya-başa çatdığı vətənini qorumalı, inkişafına çalışmalı və bu  yöndə lazım gələrsə öz canından , qanından keçməyə hazır olmalıdır.

Sonda bir qurp fəal gənc qadınlara 8 mart beynəlxalq qadınlar günü münasibətilə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən qiymətli hədiyyələr verilmişdir.

Keçidlər