Şriftin ölçüsü :

Saytın rəngi :

350 ədəd küknar və şam ağacı əkilmişdir

22 dekabr 2019 | 16:00

Mahmudavar ərazisi rayonun ağacəkmə aksiyasına qoşularaq bu sahədə fəallıq göstərir.

Mahmudavar bələdiyyəsi sədrinin Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verdiyi məlumata görə kənd sakinləri ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aksiyada 650 min bəzək və meyvə ağacı əkmək təşəbbüsünü ərazidə yüksək ruh yüksəkliyi ilə həyata keçirilər.

Kənd ərazi nümayəndəliyi, bələdiyyəsi və ağsaqqallar şurasının səyi ilə asfalt yolunun ətrafında 350 ədəd küknar və şam ağacı əkilmişdir.

Yaşıllıqların mühafizəsinə diqqət artırılır.

Keçidlər