Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda əhaliyə səhiyyə və sosial xidmətlər

23 dekabr 2019 | 16:00

      Rayonda ilk tipik xəstəxana binası 1964-cü ildə, daha müasir xəstəxana 1985-ci ildə tikilib istifadəyə verilmişdir.

      2017-ci ildə isə RMX müasir standartlara uyğun əsaslı təmir olunaraq rayon əhalisinin istifadəsinə verilmişdir.       

2019-2018-ci ilin yanvar-sentyabr aylarında rayonda ambulator-poliklinika müəssisələrinin dəyişilməsi belə xarakterizə olunmuşdur.

      Rayonda xəstəxanaların sayı 5 (2018-ci ildə 4), xəsətəxana çarpayılarının sayı 335 (əvvəlki ildə 315), əhaliyə ambulatoriya – poliklinika yardmı 34, disponser 1, zona üzrə təxirəsalınmaz yardım məntəqəsi 1 ədəd olmuşdur.

       2019-cu ilin yanvar-sentyabr aylarında müalicə - profilaktika müəssisələrinin sayında heç bir dəyişiklik  olmamışdır.

         1 oktyabr 2019-cu il tarixə olan məlumata görə, səhiyyə və sosial xidmətlərdə çalışan işçilərin sayı 1083 nəfərdir. Onlara verilən əmək haqqı isə 2567,4 min manat təşkil edir və bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 263,4 manat olmaqla, keçən illə müqayisədə 34,8 faiz çoxdur.

Keçidlər