Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatında 8 mart Beynəlxalq Qadınlar günü qeyd edildi

08 mart 2014 | 16:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında 8 mart Beynəlxalq  Qadınlar günü münasibəti ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının Qadınlar Şurasının sədri Naibə Aslanova  açaraq bildirmişdir ki, şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Qadınlar Şurasının fəal üzvləri Gövçək Ələsgərova, Rəhimə Rzayeva, Naidə Məmmədova, Gülnaz Talıbova, çıxışlarında qeyd etdilər ki, Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.

Keçidlər