Sərçuvar ərazisində yerni il şənliyi
Sərçuvar kənd tam orta məktəbində Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zayid Məmmədov müəllim və şagird kollektivini Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni - 2020-ci il münasibətilə ürəkdən təbrik edib, onlara yeni ildə işlərində müvəffəqiyyətlər arzulayıb.
Direktor bildirib ki, 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib və bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malikdir.
"Yola saldığımız 2019-cu il ölkəmiz və xalqımız üçün əlamətdar illərdən biri oldu. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin dinamik inkişafı, beynəlxalq nüfuzu, xalqımızın rifahı daha da möhkəmlənib. Bu il təhsil üçün də uğurlu il kimi yadda qaldı, uğurlu illərdən biri oldu»-deyə məktəbin direktoru Zayid Məmmədov bildirib.
Daha sonra tədbirin ikinci - bədii hissəsi başlayıb. Şagirdlərin təqdim etydiyi bədii hissə maraqla qarşılanıb.
Tədbirin yaxşı təşkilinə görə məktəbin müəllimi Əsmər Əzimzadəyə təşəkkür edilmişdir.