Şriftin ölçüsü :

Saytın rəngi :

Öncəqala ərazi nümayəndəliyinin hesabatı

10 yanvar 2020 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-ci ildə görülmüş işlər və 2020-ci  ildə qarşıda duran    vəzifələr barədə  hesabat yığıncağı keçirilmişdir.

  Yığıncaqda məruzə ilə çıxış edən rayon İcra hakimiyyəti başçısının Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xudayar Həsənov bildirmişdir ki, Öncəqala  kənd    inzibati  ərazi   dairəsi  mərkəzi  Öncəqala  kəndi   olmaqla Öncəqala   və   Hüseynhacılı    yaşayış    məntəqələrini    əhatə   edir.  Ərazi üzrə 1070təsərrüfat,  əhalisinin   sayı   3690  nəfər, 794 ev vardır.

     Qeyd etmək lazimdır ki, 2019-cu ildə təsərüffat başına kitablar elektron variantda işlənib hazırlanmış, Azərbaycan Dövlət Statistika Komitəsinin  bazasına yerləşdirilmişdir. .
     Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini  Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanına əsasən “Yerli İcra hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq  qurmuşdur. Nümayəndəliyin fəaliyyətini əhatə edən illik və rüblük iş planları hazırlanaraq təsdiq edilmişdir.
Ərazidə tarixi gün və bayramlar xüsusi qeyd edilmişdir. Belə ki,ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günləri, 20 yanvar faciəsinin il dönümü, 26 Fevral Xocalı soyqırımı, 31 mart azərbaycanlıların Soyqırımı, Dünya azərbaycanlılarının həmrəylik və Yeni il bayramı, Novruz bayramı, Bayraq günü və digər tarixi gün və bayram günləri ərazidə qeyd edilmişdir.
      Nümayəndəliyə 2019-cu ildə müxtəlif təşkilatlardan 21 məktub daxil olmuşdur. Sənədlərə təlimata uyğun dərkənar qoyulmuş, qeydiyyata alınmışdır. Məlumat xarakterli sənədlər rəhbərlik və icra üçün işə alınmış, cavablandırılması tələb olunan sənəd-məktubların  icrası vaxtında təmin edilmişdir.
    2019-cu ildə 91 sənəd-məktub müxtəlif idarə və təşkilatlara göndərilmişdir.
      Nümayəndəliyin əsas vəzifələrindən biri də gənclərin həqiqi hərbi xidmətə çağırışının mütəşəkkil həyata keçirilməsini təmin etməkdir. Bu məqsədlə gənclərimizin vətənpərvərlik tərbiyəsinə,onların orduya çağırışına xüsusi diqqət edilir.
      Öncəqala kənd inzibati ərazi dairəsi üzrə 2 tam  orta məktəb fəaliyyət göstərir. Məktəblərdə  402  şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olur.
         Ərazimizdə 2 tibb məntəqəsi vətəndaşlara xidmət göstərir.
    Öncəqala kənd inzibati ərazi dairəsində elektron ATS, Poçt fəaliyyət göstərir.
      2019-cu ildə qanunçuluğun qorunması sahəsində görülən işlərdən danışarkən onu da qeyd etməliyəm ki,ərazimizdə zəbt olunmuş və payı bəlli torpaqlarda qanunsuz olaraq tikilən evlər barədə də tərəfimizdən müəyyən işlər görülmüşdür. Ötən il qanunsuz tikili hallarına yol verilməmişdir.
    Rayonumuzun  ayrı-ayrı ərazilərində görülən işlərlə yanaşı Öncəqala kənd inzibati ərazi dairəsində də uzun illərdən bəri sakinləri narahat edən bir çox problemlər 2019-cu ildə həllini tapmışdır. Hər il  kənd sakinlərinin dəstəyi ilə Öncəqala və Hüseynhacılı kəndlərinin mərkəzi yoluna 15 kamaz daşlı qum, 8 kamaz çınqıl tökülərək hamarlanmışdır. Bu il yolun əsaslı təmir olunması  rayon İcra hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun dəstəyi ilə dövlət proqramına salınmışdır.
     Öncəqala kənd ərazi dairəsində 200 ədəd giparis, 90 ədəd eldar şamı, 15 ədəd meyvə, 20 ədəd bəzək, 200 ədəd tut, 7 ədəd palma, 10 ədəd dəmir ağacı əkilmişdir. Öncəqala ərazi nümayəndəliyi hər il olduğu kimi bu il də Viləş bələdiyyəsi ilə birgə fəaliyyəti dövründə bir çox problemləri həll etmişdir.Ərazi nümyəndəliyi hər zaman kənd sakinləri ilə yığıncaq və ya görüşü  zamanı onlardan vergilərini vaxtında ödəmələri və bu işdə Viləş bələdiyyəsinə kömək göstərilməsini bildirmişdir.Vergilərdən əldə edilən gəlirin kəndin infrastrukturunun yaxşılaşdırlmasına xidmət göstərdiyini qeyd etdmişdir.
    Məruzəçi qeyd etmişdir ki, Öncəqala kənd inzibati ərazi dairəsi 1215 hektar torpaq sahəsinə malikdir. Bunun 791 hektar payı bəlli,103 hektarı bələdiyyə mülkiyyəti, 95 hektarı isə dövlət torpaqlarıdır. Öncəqala kənd inzibati ərazi dairəsində   978  baş iri buynuzlu, o cümlədən 566 baş ana mal, 2248 baş xırda buynuzlu  mal-qara vardır.  Bu günPrezident İlham Əliyev cənabları  tərəfindən  aqrar sahənin inkişafı dövlət siyasətinin ən mühüm prioritetlərindən biri kimi müəyyən olunub.  Bu da ölkə Prezidentinin qeyri-neft sektorunun inkişafı üçün yaratdığı şəffaf şəraitdən irəli gəlir.  İnzibati ərazi dairəsində 2019-cu ildə 686 hektar  torpaq sahəsi əkilmişdir. Dənli bitkilərdən buğda-390 hektar, arpa 30 hektar,  vələmir 110 hektar, qarğıdalı 2 hektar, paxlalı bitkilər 25, yağlı bitkilər 2 hektar,  tərəvəz və bostan bitkiləri 90 hektar, süpürgə 1 hektar, üzüm və meyvə 16 hektar, əkilmişdir. Öncəqala kəndində 2019-cu ildə 1 qutu, 39 qram çəkidə olan barama saxlanıldı. Bundan başqa baramaçılığın gəlir gətirən sahəyə çevrilməsinə dəstək məqsədilə  500 ədəd  tut  tingi  Öncəqala və Hüseynhacılı kənd  tam orta məktəblərinin həyətində əkilmişdir. 
    Bu gün ölkə başçımız xalqın rifah halının yaxşılaşdırılması üçün bir çox sosial yönümlü qərarlar qəbul etmişdir. Son beş ildə pensiyalar, maaşlar dəfələrlə artmışdır. İnsanların məşğulluq sahələrinin artırılması üçün iş yerləri açılmış, işsizlik minimum səviyyəyə endirilmişdir. Bununla yanaşı rayon İcra hakimiyyətinin başçısı da hər il inzibati ərazi dairələrində Qarabağ şəhidi ailələrinə, az təminatlı ailələrə bayram sovqatı göndərir.
     2019-cu ildə Öncəqala kənd inzibati ərazi dairəsində bir çox infrastruktur əhəmiyyətli problemlər həllini tapmışdır.Bunlarla  yanaşı görəcəyimiz işlər və qarşıda duran vəzifələrimiz də çoxdur. Öncəqala və Hüseynhacılı kənd yaşayiş məntəqələrinin mərkəzi yolunun asfaltlaşdırılması,  Öncəqala kəndində tibb məntəqəsinin tikilməsi, elektrik təsərrüfatında əsaslı təmir işlərinin aparılması, Hüseynhacılıda yarımçıq qalmış SİB kabelləşmə işinin tam başa çadırılması, əraziyə içməli su xəttinin çəkilməsi,  ərazi dairəsində aqrar sahənin inkişafı üçün vətəndaşlar arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsi, üçün səylərimizi davam etdirəcəyik.
Hesabat yığıncağında çıxış edən sakinlərərazinin yeni problemlərindən danışdı, təklif və tövsiyələr vermişlər.

Keçidlər