Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda YAP-ın 20 illik yubileyinə həsr olunmuş mini-futbol turnirinə yekun vurulub

09 oktyabr 2012 | 15:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə Masallı Olimpiya Kompleksində keçirilən mini-futbol turnirinə yekun vurulub. Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarını təmsil edən komandalar yarışlarda iştirak ediblər. Final görüşündə Masallı və Biləsuvar komandaları qarşılaşıblar. Belə ki, gərgin mübarizə şəraitində keçən final qarşılaşmasının əsas hissəsi 1-1 hesabı ilə başa çatıb. Ümumi hesabda isə Masallı komandası 5-4 hesabı ilə turnirin qalibi olub. Qalib komandanın mükafatlandırılmasında YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP Siyasi Şurasının üzvü Kərim Kərimov, millət vəkili Mirkazım Kazımov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev iştirak ediblər. S.Novruzov ümummilli liderin ölkəmizin müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən və onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Futbol turniri barədə də fikirlərini bölüşən millət vəkili, turnirin qalibi olmuş Masallı komandasını təbrik edib. Daha sonra turnirin qalibi olmuş Masallı komandasına YAP Masallı Rayon Təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr verilib.

Keçidlər