Atabala Hacıyevin 90 illik yubileyi qeyd edildi
15 mart 2014-cü il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Böyük Vətən Müharibəsi veteranı, igidliyə görə “Lenin” ordenli Atabala Həzi oğlu Hacıyevin 90 illik yubileyi qeyd olundu.
Tədbiri giriş sözü ilə Masallı rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Məmmədağa Şiriyev açaraq tədbir iştirakçılarını salamlamış və yubiliyarı təbrik edərək onunla olan xoş xatirələrini bölüşmüşdür.
Sonra Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova rayon İcra hakimiyyətinin başçısının adından yubliyarı təbrik edərək mükafatlandırmişdır.
Tədbirdə iştirak edən yubiliyarın nəvələri, rayonun ziyalıları, ağsaqqalları və qonaqlar yubiliyar barədə ətraflı söhbət etmiş və təbriklərini söyləmişlər.
Rayonun ağsaqqal ziyalısı, Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənov təbrikə qoşularaq yubiliyarla olan keçmiş xatirələrini bölüşmüşdür.
Gələn qonaqlardan Respublika Veteranlar Şurasının baş mütəxəssisi Adil Babaşov çıxış etmiş və yubiliyarı təbrik edərək ona ən xoş arzularını söyləmişdir.
Masallı şəhər Gənclər Mərkəzində Atabala Hacıyevin yubileyinə həsr olunmuş təbdir rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında rəngarəng musiqilərlə yekunlaşmışdır.
Sonda tədbir iştirakçıları Atabala Hacıyevin yubileyini çay süfrəsində davam etdirmişlər.