Bədəlan ərazisində hesabat yığıncağı
Masallı Rayon İcra Hakimiyyəti başçısının Bədəlan ərazisi üzrə nümayəndəliyinin “2019-cu ildə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirilmişdir.
Masallı RİHB-nin Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hacırza Nağıyev “2019-cu ildə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr haqqında” məruzəsində göstərib ki, ərazimiz Bədəlan, Dəmirçi, Aşurlu və Çayqıraq kəndləri əhatə edir. Bədəlan kəndində 2676 nəfər, Dəmirçi kəndində 2306 nəfər, Aşurlu kəndində 2193 nəfər və Çayqıraq kəndində 1673 nəfər qeydiyyatda olmaqla əhalinin ümumi sayı 8828 nəfərdir. Hesabat ilində əhalinin sayı 43 nəfər artmışdır. Ərazinin ümumi sahəsi 1271 hektar, təsərrüfatların sayı 1956 olmaqla, 1255 yaşayış evi vardır.
Nümayəndəliyə müxtəlif təşkilatlardan 57 məktub daxil olmuş. Rayon icra hakimiyyətinə və digər təşkilatlara 170 məktub göndərilmişdir.
Vətəndaşlar tərəfindən 2019-cu ildə Prezident Adminstrasiyasına 26, Nazirlər Kabinetinə və Milli Məclisə 6, Masallı rayon İcra hakimiyyətinə 27 müraciət daxil olmuşdur.
Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə 9 doğum və 13 ölüm faktlarının qeydiyyatı aparılmış, azyaşlı qızların erkən nigahının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
Növbəti əkinlər üçün 150 hektar sahədə payız şumu vurulmuş və 145 hektar sahədə buğda, arpa, vələmir əkilmişdir. 5 hektar sahədə isə yazlıq bitkilərin əkilməsi nəzərdə tutulur.
Yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu vardır. Bu sahədə, kəndimizdə 1 tam orta, 2 ümumi orta, 1 peşə məktəbi və 60 yerlik müasir tipli uşaq-bağça kompleksi fəaliyyət göstərir. Orta məktəblərdə 791 şagird təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 77 müəllim məşğuldur.
Hesabat ilində Bədəlan tam orta məktəbini 20 məzun bitirmiş, 8 məzun ali təhsil ocaqlarına, 9 məzun isə kollecə daxil olmuşdur.
Qarabağ döyüşlərində 8 gəncimiz şəhid, 7 gəncimiz isə əlil olmuşdur. Şəhid ailələri, Qarabağ əlilləri, aztəminatlı, kimsəsiz və imkansız ailələr daim diqqət mərkəzindədir.
Ərazidə poçt şöbəsi və 1160 yerlik elektron ATS fəaliyyət göstərir. İnternet itifadəçilərin sayı 683 nəfərdir. Elektrik enerjisindən itifadə edən abonentlərin sayı sahibkarlıq obyektləri də daxil olmaqla 1775, təbii qazdan istifadə edən abonentlərin sayı isə 1579 nəfərdir.
Ərazidə 35 mağaza, 10 avtomobil təmiri sexi, 4 plastik qapı-pəncərə sexi, 2 aptek, 1 yanacaqdoldurma məntəqəsi,1 şadlıq sarayı, 2 çörəkbişirmə sexi, onlara xırda dükan, 9 çayxana və ictimai iaşə obyektləri əhaliyə xidmət göstərir ki, burada yüzdən artıq işçi çalışır.
Gördüyümüz işlərlə yanaşı 2020-ci ildə qarşımızda kənd təsərrüfatının inkişafı və istehsali ilə əlqədar əkin dövriyyəsinin genişləndirilməsi, baramaçılığın inkişafı, Bədəlan və Dəmirçi kəndlərini birləşdirən çayın üzərində körpünün tikintisi, kənd ara yollarının təmiri, yararsız elektrik və rabitə dirəklərinin dəyişdirilməsi, Bədəlan kənd həkim məntəqəsinin təmir edilməsi, erkən nigahların qarşısının alınması, yaşıllıq zolaqlarının salınmasi kimi vəzifələr durur.
Yığıncaqda çıxış edənlər bu vəzifələrin həyata keçirilməsində ərazi nümayəndəliyinə əsaslı kömək göstərəcəklərini bildirmiş və yeni təkliflər vermişlər.