Şriftin ölçüsü :

Saytın rəngi :

Qan damlası sel oldu

18 yanvar 2020 | 16:00

Masalli Tarix Diyarşünaslıq muzeyində 20 Yanvar faciəsinin otuzuncu uldönümü ilə bağlı “Qan damlası sel oldu” mövzusunda tədbir keçirildi.

Tədbirdə DQDİDK-nin Masallı bölməsi üzrə şöbəsinin əməkdaşı, şəhər 2 nömrəli məktəbin, “Asan xidmət”in “Könüllülər” qrupunun üzvləri və mədəniyyət işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Ə.Tağıyeva 20 Yanvar faciəsi ilə bağlı geniş məlumat verərək, 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayətin bəşəriyyətə, hümanizmə,insanlığa qarşı həyata keçirilimiş dəhşətli terror aktı olması, ulu öndərimiz Heydər Əliyevin o vaxtlar Azərbaycanın Moskovadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləməsi, ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verməsi barədə geniş danışdı.
Tədbirdə Kamil Bağırov, Mehriban Əzizova, “Asan Xidmət”in “Könüllülər” qrupunun üzvü Aygül Hüseynona çıxış edərək bildirdilər ki, 20 Yanvar faciəsi qan yaddaşımız, həm də qürur mənbəyimizdir. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Bu şərəfli tarix daim qəlbimizdə yaşayacaqdır.
Tədbirin sonunda şəhər 2 nömrəli orta məktəbin şagirdlərinin ifasında 20 Yanvar faciəsini özündə əks etdirən şerlər ifa olundu, muzeyin ekspozisiyasında nümayiş olunan foto - sərgiyə baxış keçirildi.

Keçidlər